Ana səhifə / Kriminal / Azərbaycanda dövriyyədəki nağd pul nəzarətə götürüldü – Mərkəzi Bankdan şok tələb

Azərbaycanda dövriyyədəki nağd pul nəzarətə götürüldü – Mərkəzi Bankdan şok tələb

Mərkəzi Bank dövriyyədəki nağd pulu günlük nəzarətə götürdü.
Artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcəklər.
Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır. Mərkəzi Bank gələn həftəninin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib.
fins.az

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın