Çərşənbə , May 15 2024
Ana səhifə / Gündəm / Aprel Şəhidlərinin məzarları təhqir olundu –SUMQAYITDA

Aprel Şəhidlərinin məzarları təhqir olundu –SUMQAYITDA

Sumqayıt “Şəhidlər Xiyabanı”nda aprel Şəhidlərimizin məzarları təhqir olunub.
Bu haqda Moderator.az-a aprel Şəhidimiz əsgər Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva məlumat verib. Şəhid anası bildirib ki, gecə vaxtı xiyabana daxil olan şəxslər Şəhidlərin məzarları üstündəki bayraqları yandırıb, məzarların üstünü dağıdıblar. Hətta məzar daşlarını sındırmağa da cəhd ediblər. Hal-hazırda həyat yoldaşının və bir neçə Şəhid ailəsinin xiyabanda olduğunu deyən Şəhid anası bu saatlarda xiyabana yola düşdüyünü bildirib. Şəhid anasının dediyinə görə artıq məsələylə bağlı bir neçə nəfər də polis tərəfindən saxlanılıb.
Mövzu diqqətimizdədi.

Həmçinin oxuyun

Oteldəki zəhərlənmə ilə bağlı yeni şok iddia – Dərman içiblər?

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia …

Bir cavab yazın