Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlı alimdən ermənilərə şok zərbə –Foto

Azərbaycanlı alimdən ermənilərə şok zərbə –Foto

Erməniləri ifşa edən tarixi məlumatların də yer aldığı kitab London Kembricdə çap edilib
Türkiyədə yaşayan alim Vəfa Kurbanın kitabı məşhur və beynəlxalq əhəmiyyətə malik Londonda yerləşən Kembric Scholars Publishingde ingilis dilində çap edilib.
Türkiyədə yaşayan alim Vəfa Kurbanın “Birinci Dünya müharibəsindən günümüzə Rus-Türk münasibətləri” kitabı tarix boyunca yaşanan Rus-Türk əlaqələrinə işıq tutmaqdadır.
Kitab altı bölmədən ibarətdir:
İlk bölmə I Dünya müharibəsindən 1921-ci il Moskva müqaviləsinə qədər yaşanan hadisələrə əhatə edir. İkinci bölmə Stalin dövründəki inkişafları, üçüncü və dördüncü bölmələr soyuq savaş dövrünü, beşinci bölmə Glasnost və Perestroyka, son bölmədə isə Putinin iqtidara gəlişi və Türkiyə ilə Rusiya arasında yaşanan Su 24 təyyarə böhranı izah edilir.
Bundan başqa, hər hissədə Rus-Türk əlaqələrinə təsir edən erməni faktoru üzərində durulmuş, tarix boyunca ermənilərin iki ölkə arasındakı əlaqələri necə pozduğuna, lazım olduğunda ruslar tərəfindən necə istifadə edildiyinə diqqət çəkilib.
Bundan əlavə, ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri qırğınların, Rus-Türk əlaqələrinə təsir edən mövzuların üzərinə nəzər salınıb.
Əslində, kitab Rus-Türk əlaqələri ilə bərabər, Azərbaycan türklərinə qarşı həyata keçirilən erməni qırğınının, ASALA erməni terror təşkilatının fəaliyyətləri, 20 yanvar 1990 hadisələri, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edildiyi və 1-milyondan çox insanımızın da qaçqın vəziyyətində yaşamaları və digər mövzuların da dünyada təbliği nöqteyi-nəzərindən də əhəmiyyətlidir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın