Ana səhifə / Siyasət / Bakı aeroportu 3 milyondan çox sərnişinə xidmət göstərib

Bakı aeroportu 3 milyondan çox sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Hava Limanı ötən il ərzində rekord sayda sərnişinə xidmət göstərib. 2016-cı ildə Beynəlxalq Hava limanından istifadə edən sərnişinlərin sayı 3,26 milyon nəfərdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşür. 2016-ci ildə Azərbaycanın paytaxtına AZAL aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib.

Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxildir.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib – ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın