Ana səhifə / İqtisadiyyat / Erməni katolikos Türkiyədən Əsədə şikayət etdi

Erməni katolikos Türkiyədən Əsədə şikayət etdi

Ermənilərin Kilikiya kilsəsinin katolikosu I Aram Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş Suriya prezidentinin iqamətgahında baş tutub.

Məlumata əsasən, tərəflər arasında görüş bir saatdan artıq davam edib. Əsəd katolikosu Suriya daxilində mövcud durum barədə məlumatlandırıb. Görüş zamanı I Aram Türkiyənin regionda, xüsusilə Suriyada mənfi rol oynadığını vurğulayıb.

Erməni katolikosu, həmçinin tezliklə Suriyada sülh prosesinin başlayacağına ümid etdiyini bildirib.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın