Ana səhifə / Şou Biznes / Uşaq əkiz qardaşını belə xilas etdi – VİDEO

Uşaq əkiz qardaşını belə xilas etdi – VİDEO

ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşını xilas etməsini lentə alıb.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, video uşaqların valideynləri tərəfindən sosial şəbəkəyə yüklənilib.

Uşaqlar küncdəki dolabın yanında oynadığı zaman onu təsadüfən çevirirlər. Dolab körpələrdən birinin üstünə düşür. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Xoşbəxtlikdən, onun əkizi özünü itirməyərək kamodu irəli itəliyərək qardaşını xilas edir. Video internetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın