Ana səhifə / Siyasət / Azərbaycanın bütün cüdoçuları Avropa Oyunlarında mübarizəni dayandırıb – YENİLƏNİB

Azərbaycanın bütün cüdoçuları Avropa Oyunlarında mübarizəni dayandırıb – YENİLƏNİB

Azərbaycanı “Bakı 2015“də təmsil edən cüdoçulardan sonuncusu da mübarizəni dayandırıb. “Report”un məlumatına görə, 90 kq çəki dərəcəsindəki Ramin Qurbanov 1/8 finalda macarıstanlı Kristian Tota şido (cərimə) xalı ilə uduzub.

Daha öncə Elxan Məmmədovla Elmar Qasımov (hər ikisi 100 kq), eləcə də Uşangi Kokauri (+100 kq) və qadınların mübarizəsində Günel Həsənli (78 kq) ilk görüşdəcə uduzaraq, Avropa Oyunları ilə vidalaşıb.

Azərbaycana cüdo növündə yeganə medalı 60 kq çəkidəki Orxan Səfərov qazandırıb.

*** 14:06

Azərbaycanı “Bakı 2015” I Avropa Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımovla Elxan Məmmədov da mübarizəni dayandırıb. “Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən hər iki cüdoçu 1/8 finalda ipponla yenilib.

E.Qasımov portuqaliyalı Jorje Fonsekaya, E.Məmmədov isə çexiyalı Lukas Krpalekə məğlub olub.

Hazırda mübarizəni yalnız Ramin İbrahimov davam etdirir.

*** 13:52

Azərbaycanı “Bakı 2015” I Avropa Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri 1/8 final görüşünü məğlubiyyətlə başa vurub. “Report”un məlumatına görə, 100 kq-dan yuxarı çəkidə çıxış edən 23 yaşlı idmançı gürcüstanlı Levani Matiaşviliyə ipponla uduzaraq Oyunlarda mübarizəni dayandırıb.

*** 13:13

Azərbaycanın daha bir cüdoçusu Ramin Qurbanov “Bakı 2015” I Avropa Oyunlarına qələbə ilə başlayıb. “Report”un məlumatına görə, o, 90 kq çəkidə portuqaliyalı Dias Selyu ilə qarşılaşıb.

Rəqibini ippon fəndi ilə məğlub edən R.Qurbanov 1/8 finalda macarıstanlı Kristian Totla üz-üzə gələcək.

***12:49

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanın 2 cüdoçusu “Bakı 2015” I Avropa Oyunlarına qələbə ilə başlayıb. “Report”un məlumatına görə, bunlar Elxan Məmmədovla Uşangi Kokauridir.

100 kq çəki dərəcəsində çıxış edən Elxan Məmmədov 1/16 finalda xorvatiyalı Zlatko Kumriçlə görüşüb. Dünya çempionu ippon fəndi ilə qalib gələrək, 1/8 finala vəsiqə qazanıb. O, növbəti mərhələdə çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.

100 kq-dan yuxarı çəkidə mübarizə aparan U.Kokauri sloveniyalı Sera Matyajla qarşılaşıb. U.Kokauri rəqibinə ippon fəndi ilə qalib gəlib. Azərbaycan cüdoçusunun 1/8 finaldakı rəqibi gürcüstanlı Levani Matiaşvili olacaq.

Əvəzində qadınlar arasında 78 kq çəki dərəcəsində yer alan Günel Həsənli ilk görüşdəcə məğlubiyyətlə üzləşib. O, 1/16 finalda italiyalı Assunta Qaleoniyə ipponla yenilərək, mübarizəni dayandırıb.

*** 11:06

Bu gün “Bakı 2015” I Avropa Oyunlarında Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qoşulacaq. “Report”un məlumatına görə, onlardan 4-ü kişi, 1-i isə qadın idmançıdır.

Kişilər arasında 90 kq çəkidə Ramin Qurbanov mübarizə aparacaq. O, 1/16 final mərhələsində portuqaliyalı Dias Selyu ilə qarşılaşacaq. Cütlüyün qalibi 1/8 finalda macarıstanlı Kristian Tot və isveçli Markus Nayman arasındakı duelin güclüsü ilə üz-üzə gələcək.

100 kq-da çıxış edən Elmar Qasımov 1/16 final mərhələsində rəqibi olmadığı üçün birbaşa 1/8 finalda çıxış edəcək. Azərbaycan millisinin bayraqdarı bu mərhələdə Jorge Fonseka (Portuqaliya) – Qriqori Minaskin (Estoniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Eyni çəkidə mübarizəyə qoşulacaq digər azərbaycanlı cüdoçu Elxan Məmmədovdur. Dünya çempionu 1/16 finalda xorvatiyalı Zlatko Kumriçlə görüşəcək. E.Məmmədov qalib gələcəyi təqdirdə, 1/8 finalda çexiyalı Lukas Krpaleklə qarşılaşacaq.

Azərbaycan cüdoçusu Uşangi Kokauri 100 kq-dan yuxarı çəkidə sloveniyalı Sera Matyaj səddini keçməyə çalışacaq. U.Kokauri 1/16 finalda qələbə qazansa, növbəti mərhələdə gürcüstanlı Levani Matiaşvili ilə üz-üzə gələcək.

Qadınlar arasında 78 kq çəkidə isə Günel Həsənli çıxış edəcək. 1/16 finalda onun rəqibi italiyalı Assunta Qaleoni olacaq. 1/8 finala yüksələn cüdoçu fransalı Rodri Tşömeo ilə üz-üzə gələcək.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın