Cümə axşamı , May 9 2024
Ana səhifə / Araşdırma / Metroda hərəkət dayandı – 55 yaşlı kişi özünü qatarın altına atdı

Metroda hərəkət dayandı – 55 yaşlı kişi özünü qatarın altına atdı

Bakıda metroda bir nəfər intihara cəhd edib. Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Hadisə bu gün saat 09:15 radələrində metronun “Koroğlu” stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.
Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stnasiyada qatarların hərəkəti bərpa edilir.

Həmçinin oxuyun

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır? – AÇIQLAMA

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu …

Bir cavab yazın