Ana səhifə / Araşdırma / Mahmudov üçün özəl gün – Bəs o hardadır?

Mahmudov üçün özəl gün – Bəs o hardadır?

Bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun 60 illik yubileyidir. 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən çıxarılan E.Mahmudovun işi ilə bağlı olaraq hansı ayda və hansı gündə doğulduğu bu günə kimi ictimaiyyətə bəlli olmayıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq nazir 1956-cı il noyabrın 28-də Bakı şəhərində anadan olub. Hazırda onun ölkə daxilində olduğu, lakin barəsində hüquqi olaraq hər hansı tədbir görülmədiyi, yəni ev dustaqlığı, polisin nəzarətinə verilmə və s. kimi qərar verilmədiyi bildirilir. Faktiki olaraq da, Mahmudov ev dustağı deyil, yaxın qohumları ilə əlaqə saxlayır.

Xatırladaq ki, MTN rəhbərliyində kifayət qədər cinayət faktları üzə çıxdıqdan sonra E. Mahmudov vəziəsindən azad edilib və bu cinayətdə iştirak edənlərin böyük əksəriyyəti həbs olunub. Məhkəmə proseslərində üzə çıxan faktlar E. Mahmudovun bu proseslərə birbaşa rəhbərlik etdiyini üzə çıxarır və bütün yolların keçmiş naziri də həbsə apardığını söyləməyə imkan verir.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın