Ana səhifə / Kriminal / Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edir

Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edir

Ulduz Şokolad Fabriki Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində iştirak edir.
Noyabrın 24-nə qədər davam edəcək “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində ümumilikdə dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi iştirak edir.
Səudiyyə Ərəbistanının şahzadəsi Fahat Bin Muqrin Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri iştirak edirlər.

s1
Beynəlxalq sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalamışdır.

s4

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın