Ana səhifə / Cəmiyyət / 1987-ci ildə Tramp Leninqrada niyə gəlmişdi? – FOTO / VİDEO

1987-ci ildə Tramp Leninqrada niyə gəlmişdi? – FOTO / VİDEO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1987-ci ildə SSRİ-yə işgüzar səfər edir və Leninqradda öz otelini tikmək üçün danışıqlar aparır.

Leninqrada ikinci arvadı – Çex fotomodel, miyarderə üç uşaq bəxş etmiş İvana Trampla gələn gələcək prezidentin fotoları TASS-ın arxivində qalsa da sifarişçinin DTK olması şübhə doğurmur.

Otel açmağın mümkün olmadığını bilən Tramp özünəməxsus çılğınlıqla Qorbaçovu ən zəif dövlət başçısı kimi ittiham edir. “Pleyboy” jurnalına verdiyi müsahibədə deyir:

”Bütün sovet sistemi  sadəcə katastrofadır. SSRİ-də tezliklə inqilab olacaq – hər şey ona doğru gedir. Mənim Qorbaçova yeganə iradım budur – o həddindən artıq zəifdir”.

Azinforum.az Peterburq televiziyasının bu tarix haqqında süjetini oxuculara təqdim edir.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …

Bir cavab yazın