Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha 291 zabit xidmətdən uzaqlaşdırıldı

Türkiyədə daha 291 zabit xidmətdən uzaqlaşdırıldı

Türkiyədə dəniz donanmasının 168 zabiti və 123 kiçik zabiti iyulda hərbi çevrilişə cəhdlə əlaqədar xidmətdən uzaqlaşdırılıb. 15 zabit və 4 kiçik zabit isə vəzifədən azad edilib.

Məlumatı Reuters Müdafiə Nazirliyinə istinadən yayıb..

Hərbi çevrilişə cəhddən bəri 110 mindən çox hakim, müəllim, polis və dövlət qulluqçusu ya işdən uzaqlaşdırılıb, ya da vəzifədən azad edilib.

36 min nəfər isə həbs olunub.

Bundan başqa, iyuldan bəri tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində Türkiyədə 130-dan çox media qurumu bağlanıb. (BBC)

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …

Bir cavab yazın