Ana səhifə / Gündəm / Barter üsulu ilə mənzil aldı, amma şirkət evə köçməyə imkan vermir – VİDEO

Barter üsulu ilə mənzil aldı, amma şirkət evə köçməyə imkan vermir – VİDEO

Barter üsulu ilə ev aldı, amma köçüb yaşıya bilmir.

Bakı sakini Xaliq Məmmədov başına qeyri-adi bir hadisə gəlib. Tikinti şirkətlərinin birinə verdiyi avadanlıq əvəzində ev alıb. Hətta evi aldığına dair müqaviləsi və heç bir borcu olmadığına görə maliyyə sənədi var. Amma buna baxmayaraq 3 ildir ki, ona evinin açarları verilmir.

Xaliq Məmmədovun sözlərinə görə, tikinti şirkətinin ona evin açarlarını verməməyinə səbəb komunal xidmətlərə görə tələb etdikləri puldur.

Mütəxəssislər sayğaclara görə ev sahibinə açarların verilməməsini qanuna uyğun olmadığını bildirirlər. Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, tikinti şirkətlərinin ev sahibindən sayğacların quraşdırılması ilə bağlı pul tələb etməsi qanunsuzdur.

Hüquqşünans Xəyal Bəşirovun sözlərinə görə, bununla bağlı ev sahibi həmin tikinti şirkətini məhkəməyə verib hüquqlarını tələb edə bilər.

AZinforum.az “Xəzər Xəbər”-ə istinadən  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın