Ana səhifə / Sosial / İlham Əliyev Avrasiya İttifaqına üzvlük haqda: “Bizə belə rahatdır, ancaq gələcəkdə…”

İlham Əliyev Avrasiya İttifaqına üzvlük haqda: “Bizə belə rahatdır, ancaq gələcəkdə…”

Azərbaycan Avrasiya məkanında gedən prosesləri izləyir. Ancaq Avrasiya İttifaqına üzvlük üçün iqtisadi, sosial və siyasi motivlər olmalıdır.

Prezident İlham Əliyev bu barədə Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova verdiyi müsahibədə danışıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünü istisna etmək olmaz. Ancaq ölkə indiki statusunda özünü daha inamlı hiss edir. “Bu haqda söhbət ekspertlər səviyyəsində, müxtəlif ölkələrin siyasi elitalarında çoxdan gedir. Belə deyərdim: biz prinsipcə hazırkı mövqeyimizdə olmaqdan özümüzü çox rahat və inamlı hiss edirik…Ona görə də gərək baxaq ki, hansı tendensiyalar baş verəcək. Əlbətdə, əgər İttifaq cəlbedici olsa çoxları ora can atacaq. Ona görə də heç nəyi istisna etmək olmaz, lakin mən indiki mərhələni məhz belə xarakterizə edərdim”-prezident Əliyev bildirib.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …

Bir cavab yazın