Ana səhifə / Kriminal / Azərbaycan 2020-ci ilə alternativ enerjinin payını 20%-ə çatdıracaq

Azərbaycan 2020-ci ilə alternativ enerjinin payını 20%-ə çatdıracaq

Azərbaycan 2030-cu ilədək qaz tullantılarını 35%-ə qədər azaltmağı hədəfləyir.

Bu barədə Bakıda bu gün işə başlayan “Dayanıqlı inkişaf üçün Enerji” VII Beynəlxalq Forumu çərçivəsində keçirilən mətbuat konfransında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.
A.Bədəlov qeyd edib ki, hazırda ölkənin enerji balansında alterativ enerji mənbələrinin payı 16%-ə qədər təşkil edir. Agentlik sədri 2020-ci ildə enerji balansında alternativ enerjinin payının 20%-ə çatdırılmasının hədəfləndiyini bildirib.
A.Bədəlovun sözlərinə görə, ötən il Azərbaycanda istehsal edilən elektrik enerjisinin 2 mlrd. kVt/saatı alternativ enerji sahəsində əldə olunub. “Report”

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın