Ana səhifə / İqtisadiyyat / Oliqarxın 400 milyon avroluq yeni yaxtası yol tapıb Atlantik okeanına çıxa bilmir…

Oliqarxın 400 milyon avroluq yeni yaxtası yol tapıb Atlantik okeanına çıxa bilmir…

Ötən həftə rusiyalı oliqarx Andrey Melniçenkoya məxsus olan, dünyanın ən böyük yelkənli yaxtası Almaniyanın Kil limanından dənizə buraxılıb və test üzüşünə başlayıb. Virtualaz.org xəbər verir ki, ilkin olaraq “A” adlanan yaxta Almaniyanın German Naval Yards tərsanəsində yığılıb, 400 milyon avroya başa gəlib. Sınağın birinci günü yaxta Baltik dənizində saatda 20 dəniz üzlü sürətlə hərəkət edib, Ferman adasına çatanda limana geri qayıdıb.

Gəmini idarə edən komanda 3 nəhəng yelkəni sınaqdan keçirir. Bu yelkənlər meteoroloji vəziyyətdən asılı olaraq avtomatik açılır və olduqca mürəkkəb texnikaya malikdir.

Lakin yaxtanın sahibinə təhvil verilməsində bir əngəl var. Aydın deyil ki, 100 metr hündürlüyündə yaxta Baltik dənizindən Şimal dənizinə, oradan isə Atlantik okeanına necə çıxacaq. Məsələ ondadır ki, Baltik dənizindən okeana çıxmağın yeganə yolu Droqden körfəzindən keçir. Körfəzi bir tərəfdən Danimarkada Böyük Belt və Kiçik Belt körpüləri kəsir, habelə İsveçi Danimarka ilə birləşdirən Eresund körpüsü bu körfəzin üzərindədir. Bu körpülərin altından ən çoxu 50 metr hündürlüyündə gəmilər keçə bilər. Üstəlik həmin ərazidə dəniz dayazdır və dərinliyi cəmi 8-10 metrdir. Tərsanə oliqarxın yaxtasının bu əngəli necə aşacağını şərh etməyib.

Melniçenkonun yaxtası fransalı Filip Ştark tərəfindən dizay edilib. Onun məxsusiliyi həm də bundadır ki, yaxtanın altında sualtı mənzərələri seyr etmək üçün bölmə, habelə katerləri və sualtı qayığı dənizə endirmək üçün bölmə var. Andrey Melniçenko 44 yaşındadır, “Forbes”in hesablamalarına görə 10.1 milyard dollar pulu var. Rusiyanın 100 ən varlı biznesmeni arasında 11-cidir. Onun aktivlərinə “Evroxim” şirkəti, Sibir elektrik enerjisi istehsalı şirkəti və digərləri daxildir.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın