Ana səhifə / Araşdırma / Bakıda zavodda yanğın – 4 nəfər yaralandı

Bakıda zavodda yanğın – 4 nəfər yaralandı

Bir neçə gün öncə Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” Zavodunda istehsalat qəzası baş verib.
Alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb. Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur. Yaralananlar 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən Lent.az-a bildirilib ki, istehsalat qəzası zamanı xəsarət alan 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov hazırda reanimasiyadadır, vəziyyətləri çox ağır qiymətləndirilir.
Digər yaralı 1987-ci il təvəllüdlü Rəşad Veyisova isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanadan bildirilib ki, hadisə sentyabrın 29-da baş verib.(Report)

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın