Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın nazir kürəkənindən “Moody’s”a cavab – “Vız gələr, tırs gedər”

Ərdoğanın nazir kürəkənindən “Moody’s”a cavab – “Vız gələr, tırs gedər”

Türkiyənin enerji ve təbii ehtiyatlar naziri Berat Albayrak “Moody’s” beynəlxalq reytinq agentliyinin ölkənin kredit reytinqini endirməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir “Moody’s”un nəticələrinin onlar üçün önəmli olmadığını bildirib:

“Biriləri reytinqimizi endirib, ya qaldırıb, vecimizə deyil. Ölkə olaraq böyüməyə, dik duruşumuzu qorumağa davam edəcəyik. Əlhəmdülillah, bu oyunun fərqindəyik. Vız gələr, tırs gedər. Maşallah, iqtisadiyyatımız hər gün daha da yaxşıya doğru gedir. Türkiyə bölgədə ən güvənli və davamlı partnyor olmağa davam edəcək”.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …

Bir cavab yazın