Ana səhifə / Araşdırma / Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yaşayan vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan hamamın plastik qapısı və lambirindən ibarət tavanı deformasiyaya uğrayıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın