Bazar ertəsi , May 6 2024
Ana səhifə / Gündəm / İcra başçısı 3 həftədi vətəndaşları niyə qəbul etmir? – MÜƏMMA

İcra başçısı 3 həftədi vətəndaşları niyə qəbul etmir? – MÜƏMMA

Beyləqanın icra başçısı Vaqif Abdullayevlə bağlı redaksiyasıza yeni məlumatlar daxil olub. Bu barədə rayon sakinləri məlumat verib. Məlumatda bildirir ki, Vaqif Abdullayev artıq 3-cü həftədi qəbul keçirmir. Sosial problemlər və digər məsələlərlə bağlı başçının qəbuluna gedənlər qapıdan geri qaytarılır.
Vaqif Abdullayev qəbuldan hər dəfə bir bəhanə ilə yayınır. Gah iclasların olduğunu, gah hansısa tədbirin keçirildiyini bildirir. Bu günlərdə isə o, müəllimlər üçün təşkil olunan seminarda iştirak edir.
Başçının əvəzinə qəbulları müavinləri keçirir. Onlar isə heç bir problemi həll etmir, vətəndaşları “yola verməklə” məşğul olur. Vaqif Abdullayev özü İcra Hakimiyyətinin binasına arxa qapıdan girib-çıxır. Hətta son günlər binada təhlükəsizlik tədbirləri gücləndirilib, İcra Hakimiyyətini qoruyan polislərin sayı artırıb.
Maraqlıdı, Vaqif Abdullayev kimdən ehtiyat edir? Bəlkə qəbuluna gələn, problemlərinin həllini istəyən vətəndaşlardan çəkinir?

dia.az

Həmçinin oxuyun

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş veribAzərbaycan Tibb Universiteti (ATU) yeni avtomobil …

Bir cavab yazın