Ana səhifə / Media / Yeni tikilən binalar vəd edilən vaxtda sakinlərə təhvil verilmir – VİDEO

Yeni tikilən binalar vəd edilən vaxtda sakinlərə təhvil verilmir – VİDEO

Hündürmərtəbəli binaların əksəriyyətinin tikintisi ləng gedir və vəd edilən vaxtda sakinlərə təhvil verilmir. Bəzən də olur ki, binalarda tikinti işi davam etsə də bəzi sahibləri artıq evlərinə köçüblər.
Sakinlər Mənzil Tikinti koperativlərinin binanı müqavilədə göstərdikləri müddətdən gec təhvil verdikləri üçün məcburiyyətdən mənzilə küçdüklərini deyirlər.
Mütəxəssislər isə xatırladır ki, istismara verilməyən binada yaşamaq təhlükəli ola bilər.
Odur ki, vətəndaşlar MTK-dan ilk növbədə istismara verilmə sənədini tələb etməlidir.  Çünki binanın layihəsi standartlara uyğun ola bilər, lakin tikinti zamanı səhvə yol verilmə ehtimalı çoxdur. Sənədi olmayan binada işıq qaz kimi problemlər isə  qaçılmazdır. Bina vaxtında təhvil verilmirsə, daha dəqiq desək müqavilənin müddəalarına əməl edilmirsə, ev sahibi məhkəməyə müraciət edə bilər.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın