Bazar ertəsi , May 6 2024
Ana səhifə / Siyasət / Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi məhkəmədən bəraət istəyib

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi məhkəmədən bəraət istəyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən – İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Sonra R. Məmmədov məhkəmədən bəraət istəyib.
İş üzrə məhkəmə baxışı avqustun 26-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun hər biri 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
A.Məmmədovun barəsində isə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunub. Hökmdən narazı qalan şəxslər bəraət hökmü tələbi ilə apellyasiya şikayəti veriblər.

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …

Bir cavab yazın