Ana səhifə / İqtisadiyyat / Çavuşoğlu və Kerri Gülənin ekstradisiyasını müzakirə etdi

Çavuşoğlu və Kerri Gülənin ekstradisiyasını müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, tərəflər hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə ediblər.

Məlumata görə, telefon söhbəti zamanı həmçinin ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gözlənilən səfəri və Suriya ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Con Kerrinin Türkiyəyə səfəri gözlənilsə də, ABŞ tərəfi Ankaraya Co Baydenin gələcəyini bildirib.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …

Bir cavab yazın