Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Şou Biznes / Nigarla Seymurun nikahı sabaha qaldı – Nazirlikdən rəsmi açıqlama

Nigarla Seymurun nikahı sabaha qaldı – Nazirlikdən rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə məhbus Seymur Həzinin nikah mərasimi baş tutmalı idi.

Qafqazinfo” xəbər verir ki, N. Yaqublu Ədliyyə Nazirliyinin onların evləndirməkdən imtina etməsi ilə bağlı sosial şəbəkədə status paylaşıb. Onun sözlərinə görə, ASAN Xidmətin nikah məmuru Ədliyyə Nazirliyinin bu gündən nikahların səyyar kəsilməsi ilə bağlı xidmətin fəaliyyətini dayandırması haqqında məlumat verib.

Qafqazinfo” məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. O bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub: “ Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. ASAN Xidmətin nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.

 

Həmçinin oxuyun

Xumar Qədimova: “Məndə hər şey təbiidir”

“Süni necə ola bilər ki?! Məndə hər şey təbiidir. Hamısı özümündür. Təbii, Xumar Qədimova dayanıb. Heç …

Bir cavab yazın