Ana səhifə / Sosial / “İndi artıq söz Azərbaycan xalqınındı”

“İndi artıq söz Azərbaycan xalqınındı”

Bu gün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib.
Pleniumun verdiyi qərara görə, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər. Qərar dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, heç bir orqan və şəxs tərəfindən ləğv edilə, dəyişdirilə bilməz”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı açıqlamasında bildirib ki, o, belə bir təklifi illər öncə səsləndirmişdi:

“ Mən bunu illər öncə demişdim, belə bir aktın olacağını gözləyirdim. Prezidentin Konstitusiya Məhkəməsinə göndərdiyi fərmanın müsbət həllini tapacağına inanırdım. İndi artıq söz Azərbaycan xalqınındır. Xalqımız artıq bundan sonra Konstitusiyamızın daha da güclənməsi, ölkədə demokratik proseslərin güclənməsi naminə referenduma gedərək bu akta münasibətini bildirəcək”.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …

Bir cavab yazın