Ana səhifə / Media / Bakıdakı fəvvarələr niyə işləmir? – VİDEO

Bakıdakı fəvvarələr niyə işləmir? – VİDEO

“Bakının müxtəlif yerlərindəki fəvvarələri ya səhər, ya da axşam saatlarında işləyən görmək olar. Günortalar, istinin kəskin olduğu vaxtlarda isə fontanlar işləmir”.

Vətəndaşların sözlərinə görə, hamı istəyər ki, yol gedəndə, parkda hərəkətdə edəndə fəvvarələrin sərinliyini hiss eləsin. Axı dünyanın bir çox yerində fəvvarələr məhz günün ən isti vaxtlarında işlədilir ki, süni də olsa sərinlik effekti yaransın.

Biz də elə bu fəvvarəni işlədənləri axtarmağa çalışdıq.

Bakı Şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsindən deyiblr ki, “bizim fəvvarələr yayın istisindən və ya insanların sərinləmək istəyindən asılı yox, vaxtdan asılı işləyir”.

Bizim bu süjeti hazırlamaq məqsədimiz isə vətəndaşların istəyini aidiyyati qurumlara çatdırmaqdır. Vətəndaş favvarələrə günün ən isti vaxtlarında ehtiyac olduğunu bildirir. Və inanırlar ki, bu istəkləri nəzərə alınacaq.

Bu qurğular dekorativlikdən daha çox sərinlik yaradan olmalıdır.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın