Ana səhifə / Siyasət / Azərbaycan dünya çempionatı medalından məhrum edildi

Azərbaycan dünya çempionatı medalından məhrum edildi

Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) bu gün 2015-ci ildə Amerikanın Hyuston şəhərində keçirilmiş dünya çempionatının dopinqlə ilişmiş atletlərinin təkrar testinin nəticələrindən sonra medallardan məhrum edilmiş idmançıların adlarını açıqlayıb.

Virtualaz.org təəssüflə bildirir ki, onların arasında Azərbaycan yığmasının bürünc medal qazanmış üzvü Valentin Xristov (62 kq) da var. Onun medalı Kolumbiya təmsilçisinə verilib.

Bunda başqa, bizim yığmanın müxtəlif hərəkətlərə-birdən və təkanla təlimlərə görə qazandığı medallar da əlindən alınıb. Beləliklə, Valentin Xristov iki bürünc, Firidun Quliyev (69 kq) və Elxan Əliquluzadə (77 kq) hərəyə bir kiçik gümüş medaldan məhrum olublar.

Bütövlükdə Azərbaycan 5 medalını itirib.

Xatırladaq ki, Hyuston çempionatı ilə bağlı Azərbaycanın 6 atletinin dopinq-testinin təkrar nəticəsi müsbət olub. Onlardan 5 nəfəri, o cümlədən Xristov, Quliyev və Əliquluzadə 8, bir nəfər isə 4 il müddətinə diskvalifikasiya olunub.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın