Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / Dünya ulduzları Bakıya gəlir – FOTOLAR

Dünya ulduzları Bakıya gəlir – FOTOLAR

İyunun 17-19 tarixlərində Bakıda keçirirləcək “Formula-1 Avropa Qran-Pri” yarışları çərçivəsində möhtəşəm tədbirlər təşkil ediləcək.

Yarışların keçiriləcəyi üç gün ərzində dünya ulduzları Bakıya gələcək. “Nargis” jurnalının yaydığı məlumata görə, “Billionaire Club”da “Grisogono”, “GRaff” və “Chopard” kimi zərgərlik brendləri ilə birlikdə maraqlı gecə təşkil olunacaq. Gecənin qonaqları arasında, “Qara brilyantlar kralı” kimi tanınan, “Grisogono” brendinin əsasını qoyan dizayner Favaz Qruoizi və 19 yaşlı amerikalı milyoner model Bella Hadid, “Chopard Red Carpet”in zərgərlik evinin direktoru Karolina Şoyfel, modellər Petra Nemkova, Yeva Qerçiqova olacaqlar.

Gecənin digər siması “GRaff” zərgərlik brendi olacaq. Şeron Stoun, Qvinet Peltrou və Madonna kimi dünya ulduzları bu brenddən ən mötəbər tədbirlərdə istifadə edir.

AzVision.az

Həmçinin oxuyun

Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”

“Qənaət etmək də lazım deyil. Anam məni ikinci dəfə doğmayacaq ki”. Bu sözləri “Elgizlə izlə” …

Bir cavab yazın