Ana səhifə / Kriminal / Mərkəzi Bankın iş qrafiki uzadıldı…

Mərkəzi Bankın iş qrafiki uzadıldı…

Bakı şəhərində “Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb.

AMB-dən verilən məlumata görə, həmçinin qeyri-iş günləri daxil olmaqla, Mərkəzi Bank tərəfindən banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Eyni zamanda xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin hotellərində yerləşdirilib.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın