Ana səhifə / Siyasət / Prezident Administrasiyasından QHT-lərlə hökumət arasındakı dialoqla bağlı – AÇIQLAMA

Prezident Administrasiyasından QHT-lərlə hökumət arasındakı dialoqla bağlı – AÇIQLAMA

“Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, açıq-aşkar şəkildə aparılır”.

Bunu Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O, Milli Məclisdə İnsan Hüquqları üzrə İşçi Qrupun iclasında bildirib ki, ictimai dinləmələrdə, komitələrin iclaslarında, konfranslarda, seminarlarda, dəyirmi masalarda həmişə qeyri-hökumət təşkilatlarının nümayəndələri fəal iştirak edirlər və onların dəyərli rəyləri nəzərə alınır:

“İşçi qrupunda müzakirə olunan məsələlər də nəzərə alınır və lazımi qaydada təqdim olunur. Cənab Prezident İlham Əliyevin son bir neçə əfv barədə qərarlarında məhz bu İşçi Qrupunda müzakirə olunan məsələlər öz əksini tapıb. Buna görə də hesab edirəm ki, işçi qrupunun fəaliyyəti çox səmərəlidir və faydalıdır”.

Modern.az

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın