Ana səhifə / Siyasət / Bakıda avtobuslara kameralar quraşdırılır

Bakıda avtobuslara kameralar quraşdırılır

Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır. Artıq bəzi avtobuslarda kameraları görmək mümkündür.

Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova azvision.az-a bildirib ki, avtobuslarda kameralar Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, marşrut sahiblərinin təşəbbüsü ilə quraşdırılır.

““Baku Bus” öz təşəbbüsü ilə xəttə buraxılan avtobuslarına kameralar quraşdırıb. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən digər avtobuslara kameraların quraşdırılması ilə bağlı hər hansı təlimat verilməyib”,- deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, təkcə şəhəriçi deyil, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslara da kameraların quraşdırılması nəzərdə tutulub. Artıq “Qaraçuxur” istiqamətində işləyən 81 saylı marşrut avtobusunda müşahidə kameraları quraşdırılıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın