Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Müğənni iş adamını məhkəməyə verdi – 250 min təzminat…

Müğənni iş adamını məhkəməyə verdi – 250 min təzminat…

Müğənni-jurnalist Ayşe Özyılmazel iş adamı Ali Ağaoğlunu məhkəməyə verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, vəkili Altın Mimir vasitəsilə İstanbul Asliye Hüquq Məhkəməsinə müraciət edən Özyılmazel iddia ərizəsində 25 fevral tarixində “Türk seriallarının səbəb olduğu 10 şey” başlıqlı yazısının ardından Ağaoğlunun “mail” hesabından onun ünvanına ağır təhqirlər yazıldığını iddia edib.

Vəkil iş adamının “əxlaqsız, iffətsiz” mənasında sözlərdən istifadə edərək təhqirə yol verdiyini açıqlayıb.

Jurnalist Ali Ağaoğlundan 250 min türk lirəsi dəyərində təzminat tələb edib.

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …

Bir cavab yazın