Ana səhifə / Siyasət / Şəhid pilotlarımız və polkovnik-leytenantla vida mərasimi keçirilir (Fotolar, Yenilənir)

Şəhid pilotlarımız və polkovnik-leytenantla vida mərasimi keçirilir (Fotolar, Yenilənir)

Aprelin 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçilərimiz – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.
Musavat.com-un məlumatına görə, vida mərasimi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilir.
Vida mərasimində şəhidlərin ailə üzvləri, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, icra başçıları, dövlət rəsmiləri iştirak edirlər.
Daha sonra şəhidlər Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Şəhid pilotun oğlu: “Atam mənim qəhrəmanım idi”

Şəhid pilotlarımızla vida mərasimində mayor Təbriz Musazadənin iki oğlu da iştirak edir. Onlar mətbuata qısa açıqlama veriblər.
Musavat.com-un məlumatına görə, 10 yaşlı Tayfun Musazadə atası ilə fəxr etdiyini, onun vətən uğrunda şəhid olduğunu deyib. 10 yaşlı Tayfun “Şəhidlər ölməz” dryərək atadının daim onun qəlbində yaşayacağını bildirb.
7 yaşlı Onur Musazadə isə vida mərasiminin keçirildiyi zalda atasının fotosunu öpərək “o mənim qəhrəmanımdır” deyib.
Qetd edək ki, vida mərasiminin saat 12:00 da başlayacağı elan olunub.
Mərasimə gələnlər arasında hələ ki, Xətai, Yasamal, Nizami rayonlarının icra baçıları, deputatlar Fuad Muradov və Hüseynbala Mirələmov var.
Digər dövlət rəsmilərinin də mərasimdə iştirak edəcəyi gözlənilir.
Prezident İlham Əliyevin də adından mərasim zalına gül çələngi göndərilib.













Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın