Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan Turan Ocaqları və Dünya Azərbaycanlıları Konqresi bayramı belə qarşıladı (FOTO)

Azərbaycan Turan Ocaqları və Dünya Azərbaycanlıları Konqresi bayramı belə qarşıladı (FOTO)

Azinforum.az xəbər verir ki, Azərbaycan Turan Ocaqları və Dünya Azərbaycanlıları Konqresinin (DAK)  birgə  təşkilatçılığı ilə Novruz şənliyi  keçirilib. Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərərgahında baş tutan tədbirdə hər iki təşkilatın fəalları və jurnalistlər iştirak edib. Bayram tədbirində çıxış edən DAK təmsilçisi Samir Adıgözəlli Novruzun mahiyyəti və türkcülük mücadiləsinin tarixindən danışıb.  Azərbaycan Turan Ocaqlarının başqanı  Samir Turan  çıxışında apardıqları mücadilənin amalından danışaraq, bütün tədbir iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib. Çıxış edən digər natiqlər də öz bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. Sonda tədbir iştirakçıları Novruz tonqalının üstündən atlanıblar.

t1

t2

t3

t4

 

 

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …

Bir cavab yazın