Ana səhifə / Siyasət / Əfv olunan qadınlar azadlığa çıxdı

Əfv olunan qadınlar azadlığa çıxdı

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report”un məlumatına görə, cəzaçəkmə müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Bayramova Şəbnəm Səfər qızı ( 1986-cı il təvəllüdlü) Azərbaycan, digəri Khodjayeva Mastura Urakovna (1968-ci il təvəllüdlü) Özbəkistan vətəndaşıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil ediləcək.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Əfv siyahısında 13 əcnəbinin də adı var.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın