Ana səhifə / Şou Biznes / “Bank borcuna görə kommunal təchizatın kəsilməsi tamamilə qanunsuzdur” – Namizəd Səfərov 

“Bank borcuna görə kommunal təchizatın kəsilməsi tamamilə qanunsuzdur” – Namizəd Səfərov 

Son vaxtla mətbuatda banka borcu olan şəxslərin işıq və qaz təchizatının kəsilməsi ilə bağlı xəbərlər yer almaqdadır. Maraqlıdır, banka borcu olan şəxslərin kommunal təchizatının dayandırılması nə dərəcədə qanunidir? Bu, onu göstərmir ki, ölkədə bank ağalığı heç bir sərhəd tanımır?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov baş verənləri əsl özbaşınalıq kimi dəyərləndirdi:
“Son zamanlar ölkədə tez-tez belə faktlara rast gəlinir. Mətbuatda da tez-tez bu cür məqalələr dərc olunur olunur ki, banka borclu olan şəxslərin qaz təchizatı, işıq təchizatı kəsilir. Əlbəttə ki, qanunvericilikdə belə bir inzibati cəza növü nəzərdə tututlmayıb. Bu, özbaşınalıqdır. Bunu da onunla izah edirəm ki, yəqin ki, həmin bankların qeyri-rəsmi sahibləri hakimiyyətdə böyük gücə sahibdirlər və onların qeyri-rəsmi, qanunsuz göstərişlərini qaz, işıq və su təchizatında çalışan adamlar yerinə yetirir, vətəndaşların kommunal təchizatını kəsirlər. Bir daha qeyd edirəm ki, atılan bu addımların heç bir qanuni əsası yoxdur və özbaşınalıqdır”.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın