“Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olunub.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Mehdi Əliyev Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın adamı sayılırdı. M.Əliyev C.Hacıyevin köməyi ilə Beynəlxalq Bankdan iri məbləğlərdə kredit götürərək həmin pulların mənimsənilməsində ittiham olunur.
Həmçinin oxuyun
Bakıda indi də taksi tapılmır…
Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …