Ana səhifə / Şou Biznes / “9 ildir çöpçülərin yolundadır…” – Mətanət Elnarəni məsxərəyə qoydu

“9 ildir çöpçülərin yolundadır…” – Mətanət Elnarəni məsxərəyə qoydu

Müğənni Elnarə Xəlilova həkimdən çox çöpçüyə inandığını deyib.
ATV-də yayımlanan “Mən anayam” verilişinin qonağı olan 3 uşaq anası olan müğənni Elnarə Xəlilova tez-tez çöpçüyə getdiyini deyib: “35 yaşım var, hələ də çöpləyirəm. Müəyyən qida qalıqları mənim burun-boğaz nahiyəmdə ilişib qalır. İş yoldaşım var idi, onun oğlunu Göyçaydan ağır vəziyyətdə Bakıya gətimişdilər. Nə edirdilər, uşaq düzəlmirdi. Özəl klinikada uşağı bir həftə müalicə etdilər, amma uşaq sağalmadı. Rəfiqəmə dedim ki, imkan ver onu uşaqlarımı apardığım çöpçüyə aparım. Və apardıq. Uşaq sağaldı. Çöpçüyə uşaqlarımı da həmişə aparmışam. Uşağımın çöpü çıxandan sonra, iylənmiş fındıq qalıqlarını görəndən sonra çöpçüyə nəyə görə inanmayım ki? Çöpünü çıxarandan sonra uşağımın qızdırması da düşür, qarnının işləməsi də dayanır”.
Verilişin aparıcısı Mətanət Əliverdiya isə tamaşaçılara üzünü tutaraq “Əgər uşağınızın boğazında çöp varsa, çöpçüyə getməyin, peşəkar həkimə müraciət edin”- deyib: “Elnarəni çimdikləyin ayılsın. Elnarə həkimdən çox çöpçüyə inanır, çöpçülərin çörəyini, aylıq maaşını Elnarə verir.( red-gülür) Dördüncü uşağı da dünyaya gələcək və mən istəmirəm ki, o çöpçüyə getsin. Yəqin ki, 9 ildir ki, çöpçülərə gedir”, deyərək E.Xəlilova ilə zarafatlaşıb.

Həmçinin oxuyun

Miri Yusifin arvadının səs yazısı yayıldı – AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb.  …

Bir cavab yazın