Ana səhifə / Cəmiyyət / Qumarxana biznesində yeni ism – Ağdamlı Xanlar (FOTOLAR)

Qumarxana biznesində yeni ism – Ağdamlı Xanlar (FOTOLAR)

Nərimanov rayonunda fəaliyyət göstərən «Montana» klubun sahibi Ağdamlı Xanlar obyektinə «Bentley»lə gedib-gəlir

Bakıda hər gün yeni-yeni qumarxanaların fəaliyyətə başladığı artıq total şəkil almağa başlayıb. Əvvədcə Binəqədi rayonunda göbələk kimi çoxalan belə obyektlər, artıq Nərimanov rayonunda peyda olmaqdadır.

JAM.AZ xəbər verir ki, bu yaxınlarda qumar həvəskarları üçün daha bir məkan istifadəyə verilib. Fətəli Xan Xoyski küçəsində yerləşən «Montana» Klub adı ilə istifadəyə verilmiş məkanın sahibi Xanlardır. Əslən Ağdamdan olan Xanların geniş maddi imkanları ilə yanaşı, həm də güclü məmur dostlarının olduğu deyilir.

İddia olunur ki, Ağdamlı Xanlar məhz pulunun və adamlarının gücünə yeni-yeni qumar məkanları yaradır və qazancını da onu himayə edənlərlə yarı bölür.  «Montana» Klubun sahibinin digər qumarxana sahiblərindən fərqi isə onun öz obyektinə bahalı «Bentley» markalı maşınla gedib-gəlməsidir.

Qeyd edək ki, «Montana» Klub hələ bir xeyli əvvəl də qumarxana kimi tanınmışdı. Lakin rəsmi qurumların müdaxiləsindən sonra uzun müddət fəaliyyətsiz qalmalı olmuşdu. Görünür, Ağdamlı Xanların maddi imkanları və geniş əlaqələri bütün əngəlləri aşacaq gücdəymiş.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …

Bir cavab yazın