Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / Çingiz Mustafayev “Ukraynanın səsi” yarışmasında – (VİDEO)

Çingiz Mustafayev “Ukraynanın səsi” yarışmasında – (VİDEO)

Tanınmış azərbaycanlı müğənni Çingiz Mustafayev Ukraynanın səs yarışmasına qatılıb.
BAKU.WS məlumat verir ki, müğənni Ukraynanın “1+1” telekanalında yayımlanan “Ukraynanın səsi” musiqi yarışmasının anonsunda görüntülənib. Anonsdan göründüyü qədər müğənni yarışmaya iştirakçı kimi qatılıb.
Yarışma 28 fevral tarixində efirə gedəcək. Jüri qismində Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk və Aleksey Potapenko (Potap) kimi Ukrayna və Rusiyanın tanınmış şou-biznes ulduzları iştirak edib. Promo-çarxdan da görünür ki, Ukraynanın əməkdar artisti Tina Karol həmyerlimizin çıxışından sonra yerindən sıçyaraq “siz möhtəşəmsiniz!” deyə çığırır.
Qeyd edək ki, Çingiz Mustafayev “Yeni ulduz 7” səs yarışmasının qalibidir. 
 
 

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …

Bir cavab yazın