Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Deputat Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi

Deputat Ziyafət Əsgərovun yeni vəzifəsinə etiraz etdi

“Hakimiyyətin bir qanadına, digər vəzifədəki şəxsin təyin olunması düzgün deyil. Onda belə çıxır ki, Milli Məclisin İntizam Komissiyasının tərkibinə bir nazir, bir prokurorluq əməkdaşı cəlb edilməlidir. Bu məhkəmələrin işinə müdaxilədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Ziyafət Əsgərovun Məhkəmə -Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ziyafət Əsəgərov spikerin birinci müavini kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır: “Ali Məhkəmənin sədri bu işi yerinə yetirə bilər. Məhkəmə-Hüquq Şurasının da üzvləri hakimlərdən ibarət olmalıdır. Biz mütləq bu qanuna yenidən baxmalıyıq. Bu konstitusiya pozuntusudur”.

Millət vəkili Siyavuş Novruzov isə burada heç bir qanun pozuntusunun olmadığını bildirib.

Qısa müzakirələrdən sonra Z. Əsgərovun Məhkəmə- Hüquq Şurasının üzvlüyünə namizədliyi təsdiqlənib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın