Ana səhifə / Siyasət / Nigar Köçərli Rüstəm Usubovla görüşdü – Foto

Nigar Köçərli Rüstəm Usubovla görüşdü – Foto

“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli Baş Prokurorluğa dəvət edilib.

 

Axar.az xəbər verir ki, bu barədə N.Köçərli sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən dəvət edildiyini bildirən Nigar Köçərli görüşə atası ilə birgə getdiyini açıqlayıb və fotosunu paylaşıb.

 

***

 

“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.

 

Bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.

 

“Rüstəm Usubov Nəsimi Rayon Polis İdarəsində baş verən hadisə, istintaq işinin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona minnətdaram”, – N.Köçərli yazıb.

 

Xatırladaq ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13,216 manat pul oğurlanıb. Oğrular indiyə qədər tapılmadığı üçün N.Köçərli polisin işə laqeyd yanaşmasından narazılıq edib. Nərimanov Polis İdarəsində keçirilən görüşdə isə N.Köçərli polis rəisi tərəfindən təhqir olunduğunu bildirib. DİN mətbuat xidməti bu iddianı təkzib edib.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın