Ana səhifə / Siyasət / 170 minlik rüşvətə görə ölkədən qaçan aparat rəhbərinin yerinə – Təyinat

170 minlik rüşvətə görə ölkədən qaçan aparat rəhbərinin yerinə – Təyinat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

” Azinfoeum.az ” report.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Oqtay İbrahimov təyin edilib.

Qeyd edək ki, İbrahimov Oqtay Vahib oğlu 1960-cı ilin iyunun 19-da Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib. 1990-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və sektor müdiri vəzifələrində çalışıb. 1993-cü ildə Nazirlər Kabinetinin Ali Attestasiya Komissiyasının qərarı ilə “Baş elmi işçi” fəxri adı ilə təltif edilib. 1999-2000-ci illərdə Konstitusiya Məhkəməsinin İnformasiya təminatı bölməsinin müdiri olub. 20.11.2013 – 2.11.2015 tarxilərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini olub.

Xatırladaq ki, Aparatın sabiq rəhbəri Səfər İmanov keçən ilin noyabrın 1-də öz ərizəsi ilə işdən çıxıb. Bu il isə onun 170 min dollar rüşvət aldığı iddia olunub. Vəkil Adəm Məmmədovun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin gözü qarşısında 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri Səfər İmanov Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın