Ana səhifə / Kriminal / Ekspertlər: ​Qızılın bahalaşması davam edəcək

Ekspertlər: ​Qızılın bahalaşması davam edəcək

Dünya bazarında qızılın qiyməti bu həftəni 66 dollar/unsiya və ya 5,6% artımla başa vurub. Buna səbəb isə qlobal iqtisadiyyatda resessiya gözləntilərinin artması və bir sıra inkişaf etmiş ölkələrin mərkəzi banklarının uçot dərəcəsini sıfırdan aşağı salması amilləri olub.
Ümumiyyətlə, başa çatan həftə ərzində qızıl 1 165-1 260 dollar/unsiya qiymət diapazonunda hərəkət edib. Qeyd edək ki, qızıl ilin əvvəlindən 179 dollar və ya 17% bahalaşıb.
ABŞ iqtisadiyyatının yaxın aylar ərzində resessiya mərhələsinə daxil olması təhlükəsi qızıla olan tələbatı daha artıracağı gözlənilir. Yaxın vaxtlarda qızılın 1 300 dollar/unsiyaya qədər bahalaşması proqnozlaşdırılır.

 

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın