Ana səhifə / Araşdırma / Təmiz heroin “Land Cruiser”ə dəyişmək istəyəndə tutuldu

Təmiz heroin “Land Cruiser”ə dəyişmək istəyəndə tutuldu

Rusiyanın Amur vilayətində 46 yaşlı Azərbaycan vətəndaşı yüksək keyfiyyətli heroini “Toyota Land Cruiser” markalı cipə dəyişmək istəyərkən yaxalanıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, narkotik polisi azərbaycanlının bu planından xəbər tutaraq onu yaxalamaq üçün əməliyyat planı qurub. Plana əsasən narkotik maddənin alıcısı kimi Rayçixinsk rayonu üzrə narkotik polisinin əməliyyatçıları çıxış edib.

Azərbaycanlı narkotik maddənin 1 milyon rubl dəyərində olduğunu bildirib və onu “Land Cruiser”ə dəyişmək istədiyini bildirib. Əməliyyatçıların təklif etdiyi avtomobil onu qane edəndən sonra azərbaycanlı üzərində olan 240 qram təmiz heroini çıxararaq polislərə verib və cinayət başında yaxalanıb. Sövdələşməyə əsasən azərbaycanlı narkotik maddənin qalan hissəsini maşını öz adına rəsmiləşdirəndən sonra verməli idi. Əməliyyatçılar onun evində axtarış aparıblar və daha 110 qram heroin tapıblar.

Əməliyyatçılar bildiriblər ki, ekspertiza azərbaycanlıdan ələ keçirilən heroinin olduqca yüksək keyfiyyətə malik olduğunu müəyyən ediblər. Həmin maddədən ən azı 3500 doza ölümcül narkotik əldə etmək mümkündür və qara bazar dəyəri 3 milyon rubldan çoxdur.

Azərbaycanlı ifadəsində bildirib ki, narkotik maddəni qohumlarına baş çəkmək üçün gəldiyi Azərbaycandan aparıb. O, həbs edilib və barəsində 2 maddə ilə cinayət işi qaldırılıb. Heroini cipə dəyişmək istəyən azərbaycanlını 20 ilədək həbs gözləyir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın