Ana səhifə / Bölgələr / Xaçmazda dəhşətli qətl hadisəsinin təfərrüatları

Xaçmazda dəhşətli qətl hadisəsinin təfərrüatları

Xaçmazda 66 yaşlı Yergüc kənd sakini Səfurə Balacayevanın xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Bu barədə mərhumun oğlu, rayonun Qusarçay kəndində yaşayan Zaur Balacayev jurnalistlərə açıqlama verib.  

Z.Balacayev bildirib ki, anası hadisə zamanı evdə tək olub, qanlı olay martın 20-də gecə saatlarında baş verib. Onun sözlərinə görə, anasının ölməyini ailəli olan kiçik bacısı bilib:

“Bacım anama bayram payı gətiribmiş, çağırıb, amma eşitməyib, qapını açanda anamı qan içində ölmüş görüb. Bizim düşmənimiz olmayıb, anamın pulu-parası da yox idi.”  

27 yaşlı Tofiq Balacayevin bayram günü özündən 39 yaş böyük əmisi arvadını hansı səbəbdən qətlə yetirməsi ilə bağlı müxtəlif versiyalar səslənir. İstintaq getdiyi üçün təfərrüatlar açıqlanmır.

Xaçmaz Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə başlanılan cinayət işinin istintaqı davam edir.  
 

https://player.bizim.media/?v=28839

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …