Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / “Kifayət qədər faktlar var” – Baş prokuror xarici casuslardan danışdı

“Kifayət qədər faktlar var” – Baş prokuror xarici casuslardan danışdı

“Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində bu yaxınlarda Fransa və Çexiya vətəndaşları casusluğa görə tutulublar”.

Bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

Kamran Əliyev bildirib ki, həmin işlər üzrə ciddi istintaq gedir. Onların əməlləri ifşa edilib. Kifayət qədər faktlar var:

“Ötən gün Prezident İlham Əliyev çıxışında dedi ki, Azərbaycan hazırda təhlükəsiz bir adadır. Amma ona kənardan müdaxilə cəhdləri var. Həmin cəhdlərdir ki, bu cinayət işlərində özünü göstərir. Prezidentin dediyi kimi həm fiziki, həm ideoloji baxımdan biz öz cəmiyyətimizi qorumalıyıq”.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …