Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda rüşvət cinayətlərinin sayı kəskin artıb – Rəsmi

Azərbaycanda rüşvət cinayətlərinin sayı kəskin artıb – Rəsmi

Xəbər verdiyimiz kimi, vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının yanında üzərinə benzin tökərək özünü yandırması faktı üzrə Nərimanov rayon prokurorluğunda cinayət işi başladılıb.
Yaxınları Zaur Məmmədovun intihar etməsinə səbəb kimi adı açıqlanmayan istintaq orqanlarından birinin müstəntiqinə verdiyi 10 000 manat rüşvəti sonradan geri ala bilməməsi göstərilir.
Məlumat üçün bildirək ki, son illər Azərbaycanda prokurorluq orqanları tərəfindən rüşvət cinayətiylə bağlı başladılan cinayət işlərinin sayı kəskin şəkildə artıb.
Açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycanda rüşvət cinayətiylə bağlı 47 cinayət işi başladılıb. Bu, əvvəlki illə müqayisədə 68% çox olub.
Qeyd edək ki, rüşvət cinayətiylə bağlı başladılan cinayət işlərinin sayı son 10 ildə aşağıdakı kimi olub:
2013-cü ildə – 16
2014-cü ildə – 15
2015-ci ildə – 19
2016-cı ildə – 6
2017-ci ildə – 4
2018-ci ildə – 16
2019-cu ildə – 11
2020-ci ildə – 24
2021-ci ildə -28
2022-ci ildə – 47

Yeniavaz.com

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …