Çərşənbə axşamı , May 28 2024
Ana səhifə / Cəmiyyət / Muxtar Babayev COP29-un prezidenti təyin edildi

Muxtar Babayev COP29-un prezidenti təyin edildi

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.  
Bu barədə COP28-un sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“COP29-un prezidenti Muxtar Babayevə və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə Azərbaycanın bu il Tərəflər Konfransına ev sahibliyi etməsi ilə bağlı fəaliyyətlərində uğurlar arzulayırıq. Biz COP29 və COP30 prezidentləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə işləməyi səbirsizliklə gözləyirik. COP28-in tarixi uğurunu davam etdirərək 1,5°C-ni əlçatan bir yerdə saxlamaq üçün səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycan hərbçisi su kanalında boğulub

Nazirlik hadisənin səbəblərinin araşdırıldığını deyir Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Eyvazovun Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq …