Cümə axşamı , May 30 2024
Ana səhifə / Siyasət / Nazir Fransanın “persona non grata” elan etdiyi səfirlik əməkdaşlarını qəbul etdi

Nazir Fransanın “persona non grata” elan etdiyi səfirlik əməkdaşlarını qəbul etdi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona non grata elan edilmiş Fransadakı səfirliyimizin əməkdaşlarını qəbul edib.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib:
“Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.
Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib”.

Həmçinin oxuyun

Avropa İttifaqı Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb

Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə çağırıb. …